![]()
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların kütləvi həbsinə start verilib.
Rusiya KİV -i xəbər verir ki, artıq onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin sözlərinə görə, onlara heç nə izah edilmir, sadəcə, tutub aparırlar.
İddialara görə, onların arasında qatil axtarırlar. Mənbə əlavə edib ki, əməliyyatda baş idarənin polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edir.
Rusiya İstintaq Komitəsi hələlik şərh verməkdən yayınıb.
Məlumata görə, söhbət 2001-ci ildə baş vermiş və diasporun iştirak etdiyi qətldən söhbət gedir.
Subyekt.az