![]()
Rusiya ABŞ Prezidenti Donald Trampın xahişi ilə 1 fevrala qədər Ukraynaya zərbələr endirməkdən çəkinməyə razılaşıb.
Subyekt.az bildiri ki ,Ajans.az Rusiya mediasına istinadənxəbər veririnə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, qərar mümkün danışıqlar üçün daha əlverişli şərait yaratmaq məqsədi daşıyır.
“Doğrudur, Prezident Tramp danışıqlar üçün münasib mühit formalaşdırmaq məqsədilə Prezident Putindən 1 fevrala qədər, təxminən bir həftə ərzində Kiyevə zərbə endirməməyi şəxsən xahiş edib”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Kiyevə zərbə endirməməsini xahiş etdiyini açıqlamışdı. Trampın sözlərinə görə, Putin bu təkliflə razılaşıb.
Subyekt.az