![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Zərbələr Kiyev vilayətinin Buça, Brovar və Fastov rayonlarına endirilib.
Məlumata görə, Brovar rayonunda logistika və anbar komplekslərində, istehsalat müəssisələrində, ticarət obyektlərində və digər tikililərdə genişmiqyaslı yanğınlar baş verib.
Buça rayonunda da Rusiya ordusunun hücumu nəticəsində logistika komplekslərində yanğınlar qeydə alınıb. Yanğınların söndürülməsi və zərərçəkənlərin axtarışı istiqamətində işlər davam etdirilir.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, bu gecə vilayət son dövrün ən faciəli hücumlarından birini yaşayıb.
Subyekt.az