![]()
Rusiya ordusu Ukraynanın Sum şəhərinə raket zərbələri endirib.Bu barədə Sum Şəhər Şurasının katibi Artyom Kobzar məlumat yayıb. “Düşmən yenə mülki əhaliyə hücum etdi. Bu gün endirilən zərbələr nəticəsində 20 sakin həlak olub. Dağılan binalar da var”, – Kobzar bildirib. Ukrayna Fövqəladə Hallar Nazirliyi Sum şəhərinin mərkəzinə raket zərbələri nəticəsində ölənlərin sayının 31-ə qalxdığını açıqlayıb. Ölənlərdən ikisi uşaqdır. Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər, o cümlədən 7 uşaq yaralanıb.
Subyekt.az