![]()
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı “Rumınların Birliyi Uğrunda Alyans” partiyasının lideri Corc Simion qalib gəlib. Subyekt.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Bürosu məlumat yayıb.
Səslərin 97,57%-nin hesablanması ilə Simion 40,14%, Buxarest meri Nikuzor Dan isə 20,65% səs toplayıb. Üçüncü yerdə Dandan cəmi 0,01% geri qalan hakim partiyanın namizədi Krin Antonesku qərarlaşıb. Beləliklə, namizədlərin heç biri 50%-dən çox səs toplaya bilməyib. Ona görə də mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək və bu turda birinci və ikinci pillədə qərarlaşan namizədlər mübarizə aparacaqlar.
Subyekt.az