![]()
Rumıniyanın Bacau şəhərində heyvandarlıqla məşğul olan Vasile Qorqos 1991-ci ildə qəflətən yoxa çıxıb. O zaman 63 yaşlı Qorqosun itkin düşdüyü barədə ailəsi məlumat verib və illərlə axtarışlara baxmayaraq, onun izi tapılmayıb.
İndex.az xəbər verir ki, düz 30 il sonra, 29 avqust 2021-ci ildə Qorqos ailəsinin evinin qarşısında maşından düşərkən görüntülənib. 93 yaşlı qocanın itdiyi gün geyindiyi paltar və o gündən qalan qatar bileti hələ də üstündə idi. Ancaq Qorqos keçən illəri xatırlamırdı və bütün müddət evdə olduğunu iddia etdi.
Tibbi müayinələr Qorqosun əla fiziki sağlamlıq vəziyyətində olduğunu, lakin 1991-ci ildən 2021-ci ilə qədər olan hadisələri xatırlamadığını ortaya qoydu.
NTV-nin xəbərinə görə, Qorqos yoxa çıxmazdan əvvəlki həyatı ilə bağlı yalnız əsas məlumatları xatırlaya bilirdi; ailəsini, təsərrüfatını və doğum tarixini.
Qorqosun itkin düşdüyü 30 il ərzində nə etdiyi məlum deyil. Bəzi ekspertlər yaddaş itkisi və ya ağır dissosiativ pozğunluğu olduğunu desələr də, bu hadisə həm onun ailəsi, həm də Rumıniya üçün böyük maraq mənbəyi olaraq qalır.
Subyekt.az