Bu gün “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı, İtaliyanın “İSİA” beyin mərkəzinin tərəfdaşlığı ilə Roma şəhərində Senatda “Azərbaycan, İtaliya, Aİ: əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda Forum keçirilib.
Forumun məqsədi Azərbaycan – İtaliya əməkdaşlığının daha da inkişafı, Azərbaycanın yeni enerji siyasətinin mahiyyəti və bölgədə yeni reallığın izahıdır.
Tədbirdə AZPROMO sədrinin müşaviri Sevil Yahyayeva, BMTM şöbə müdiri Cavid Vəliyev, qurumun baş məsləhətçisi Şahmar Hacıyev, İtaliya Asiya İnstitutunun Baş Katibi Domeniko Palmieri, İSİA və Siena Universitetinin tədqiqatçısı Fabio İndeo, ARTE Energy Reseller and Trader Assosiasiyasının prezidenti Marco Ferraresi, İSİA-nın vitse-prezidenti Sergio Divina çıxış edərək yaşıl və ənənəvi enerji, kommunikasiya – nəqliyyat, investisiyalar kimi mövzular üzrə təqdimatlar ediblər. İtaliyalı mütəxəssislər Azərbaycanın rəsmi Roma və Aİ üçün etibarlı tərəfdaş olduğunu, COP29-un Azərbaycanda keçirilməsinin beynəlxalq nüfuzunun əyani göstəricisi olduğunu qeyd ediblər.
Sonda BPK və İSİA, BMTM və İSİA arasında memorandumlar imzalanıb.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
#QHT #NGO #QhtAgentliyi #NgoAgency #Layihə
Subyekt.az