
Respublikamızın bütün bölgələrində polisin xidmətinin fasiləsizliyi təmin olunub.
Subyekt.az xəbər verir ki, Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir.
#DaxiliİşlərNazirliyi
Subyekt.az