![]()
Yayılan məlumatlara əsasən, Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu Adəm Kadırov avtomobil qəzası keçirib.
O xəatəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib və Moskva şəhərinə təxliyə üçün hazırlanır.Vəziyyətinin ağır olduğu iddia olunur.
Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir. Qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir.Qəza zamanı avtomobildə Adəmlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir.
Subyekt.az