![]()
Bu gün Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, dirijor və pedaqoq Ramiz Mustafayevin anadan olmasının 99-cu ildönümü tamam olur.
Ramiz Mustafayev 1926-cı ildə Şəmkir rayonunda anadan olub. Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verən sənətkar opera, operetta, simfoniya, kantata və mahnılar müəllifi kimi tanınıb. Onun yaradıcılığında vətənpərvərlik, milli ruh və xalqımızın tarixi xüsusi yer tutub.
“Vətən”, “Salatın” operaları, “Bu qan yerdə qalan deyil” və digər əsərləri bəstəkarın zəngin yaradıcılığının nümunələrindəndir. Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə Xalq artisti fəxri adına layiq görülən Ramiz Mustafayev 2008-ci ildə vəfat edib.
Subyekt.az