![]()
“İsrail ordusu ABŞ-nin mümkün hücumu halında İrana cavab zərbəsinə hazırlaşır”.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının rəisi Rafi Milo bildirib.
Milo Yaxın Şərq boyunca ABŞ hərbi qüvvələrinin gücləndirilməsinə diqqət çəkərək deyib:
“ABŞ İrana hücum etmək qərarı verəcəyi təqdirdə, İsrail ordusu istənilən eskalasiyaya qarşı ən yüksək hazırlıq səviyyəsində olacaq”.
O əlavə edib ki, İsrail “Hizbullah” terror təşkilatının genişmiqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağını da diqqətlə izləyir.
Subyekt.az