![]()
24 aprel 2026-cı il tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kəlbəcər rayonunda vətəndaş qəbulu keçirib.
Nazir bu gün Kəlbəcərdə sakinlərlə görüşərək onların müraciətlərini dinləyib.
Görüş zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.
Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər müraciətlərin araşdırılması və həlli məqsədilə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, qəbul çərçivəsində vətəndaşların problemlərinin operativ şəkildə həllinə xüsusi diqqət yetirilib.

Subyekt.az