![]()
20 noyabr 2025-ci il tarixində Amerika-Azərbaycan Ticarət Palatasının (“AmCham Azərbaycan”) Marketinq, Kommunikasiya və Biznesin İnkişafı (MCBD) Komitəsi növbəti “Lead Talk” sessiyasını təşkil edib.
Zəfər Gününün beşinci ildönümünə həsr edilən tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaq qismində iştirak edib.
Subyekt.az xəbər verir ki, Tədbiri MKBİ Komitəsinin sədri Aysel Süleymanova açaraq “Lead Talk” silsiləsinin dövlət və özəl sektor arasında dialoqun formalaşdırılması və Azərbaycanın kimliyini, eləcə də qlobal müstəvidə yerini müəyyən edən narrativlərin müzakirəsi üçün vacib bir platforma olduğunu vurğulayıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbir iştirakçılarına Qarabağ Dirçəliş Fondunun fandreyzinq və kommunikasiya strategiyası, icra etdiyi layihələr, eyni zamanda hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat təqdim edib.
İdarə Heyətinin sədri Fondun həyata keçirdiyi layihələr barədə də məlumat verərək qeyd edib ki, bu təşəbbüslər bərpa, sosial inkişaf və dayanıqlı yaşayış mühitinin qurulması kimi istiqamətləri əhatə edir. O, bu prosesdə donorların — dövlət qurumlarının, özəl sektor nümayəndələrinin və fərdi dəstəkçilərin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, onların iştirakı Fondun fəaliyyətinin miqyasını genişləndirir və dövlət–özəl sektor əməkdaşlığının daha da güclənməsinə şərait yaradır.
Görüşün sonunda R.Hacıyev tədbir iştirakçılarının ünvanladıqları çoxsaylı sualları cavablandırıb.









Subyekt.az