
Bu gün Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış bəstəkar Oqtay Rəcəbov anadan olmasının 84 ili tamam olur.
Oqtay Rəcəbov 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. Bəstəkar 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professoru olub. Onun “Xocalı avazları”, “Çingiz” oratoriyası, “Xocalı” simfoniyası xalqımızın qan yaddaşını musiqidə yaşadan əsərlərdir.
Bəstəkarın Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi əzəmətli “Heydər” oratoriyası, fortepiano üçün “Ulu öndər” əsəri yaradıcılığının ölməz nümunələridir.
Oqtay Rəcəbov 2022-ci ildə vəfat edib.
Subyekt.az