Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
24 İyun 2026
3
İyunun 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
Qusar Olimpiya İdman Kompleksi
İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər.