![]()
Müqəddəs Qurban bayramı münasibətilə Qusar rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğının ifadəsi olaraq sosial dəstək aksiyası həyata keçirilib. Bayram günlərində Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov tərəfindən şəhid ailələri və qazilərə, Qusar bələdiyyəsi tərəfindən isə qazilərə Qurban bayramı ilə əlaqədar ət payı təqdim olunub.
İyunun 6-da Qusar Rayon İcra Hakimiyyətinin və Qusar bələdiyyəsinin əməkdaşları tərəfindən şəhid ailələri və bir qrup müharibə qazisinin yaşadığı ünvanlara baş çəkilib, onlara bayram münasibətilə xoş arzular çatdırılıb və qurban payları təqdim edilib.
İyunun 7-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən şəhid Zamanov Sənan və Nurmətov Çobanın ailələri, Vətən müharibəsi qazisi Maverdiyev Volodya evində ziyarət edilib. Onlara Qurban bayramı münasibətilə bayram sovqatları təqdim edilib.
Görüşlərdə şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazisi ilə səmimi söhbət zamanı icra başçısı onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Bayram aksiyası çərçivəsində ümumilikdə onlarca ailə ziyarət olunub. Qurban bayramı münasibətilə həyata keçirilən bu nəcib təşəbbüs, rayon sakinləri tərəfindən dərin təşəkkür və razılıqla qarşılanıb.

.

.

.

Subyekt.az