![]()
Quba şəhəri şəhid Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb – liseyin XI c sinif şagirdi Heybətli Cavad Cabbar oğlu 27 noyabr – 2 dekabr 2024- cü il tarixlərində Qətərin paytaxtı Doha şəhərində təşkil edilmiş 2024- cu il Dünya Riyaziyyat Komandası Çempionatının ölkə turunun qrupla iş mərhələsində I -ci yerə, fərdi mərhələsində isə II -ci yerə layiq görülüb. Cavada təhsilində və gələcək həyatında uğurlar diləyirik. Azərbaycanı ölkə sərhədlərindən kənarda təmsil etməyi və bayrağımızı daima zirvələrə qaldırmağı arzu edirik.
Məktəb-liseyin direktoru Gülnara Niftəliyevaya məktəbin şagirdlərinə göstərdiyi qayğı və diqqətə görə təşəkkür edirik.

.

Firəngiz Sabirqızı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Prezident təqaüdçüsü.
Subyekt.az