
1.11.2024 cü il tarixdə B.Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində,Quba- Xaçmaz regional Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “Zəfər nəfəsli nəğmələr” mahnı müsabiqəsi keçirlimşidir.
Tədbirdə Quba,Xaçmaz,Siyəzən və Qusardan bir çox elm adamları,Quba Rayon İcra Hakimiyyətinin müavini Səidə Abbasova , Qubalı yazarlar,şairlər iştirak etmişdir.
O cümlədən şəhid anaları çıxış edərək ,xalqımızı Zəfər Günü münasibəti ilə təbrik etmiş,torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğlanlarımızın ruhunu yad etmişdir.
Daha sonra 15- 30 yaş arası istedadlı insanların ifaları dinlənilmiş 1-ci, 2-ci , 3 – cü yerlərə layiq görülən iştirakçılara hədiyyələr , diplomlar təqdim edilmişdir.
Tədbir yüksək səviyyədə davam etdirilmişdir.
Firəngiz Sabirqızı
Subyekt.az