![]()
24 fevral 2025 ci il tarixdə YAP Quba rayon təşkilatının Quba şəhəri,Lütfizadə küç.21(Gigiyena və Epidemiologiya Mərkəzi ) ərazi partiya təşkilatında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib. Tədbir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin azadlığı, dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Quba şəhəri,Lütfizadə küç.21(Gigiyena və Epidemiologiya Mərkəzi ) ərazi partiya təşkilatının sədri Tahir Nuriyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir. Sədr bildirib ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi. Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər olan oğullarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıqlar göstərərək Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar, şəhidlərimizin qanı yerdə qalmadı. Tədbirdə Xanım Məmmədova, Əsli Nurullahi çıxış edərək ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, bu ağır cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağını qeyd ediblər.

.

.

.

Subyekt.az