![]()
6 may 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə qeyd olunan qurumların məsul şəxsləri, mədəniyyət işçiləri, dini icma sədrləri və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyev Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi tövsiyə edirdi. Çünki Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və qanun çərçivəsində bəhrələnməlidir. Azərbaycan müstəqil dövlət olduqdan sonra hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirməyə başladı. Məhz buna görə də Ulu Öndər müstəqil Azərbaycan dövlətinin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu, hüquqi dövlət olduğunu bildirirdi. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilib.
Eyni zamanda suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolundan bəhs olunub.

.

.

.

.

Subyekt.az