![]()
22 Aprel 2026 – cı il tarixində Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Quba Tarix – Diyarşünaslıq Muzeyində Azərbaycanın ilk Xalq şairi , görkəmli drammaturq , ictimai xadim Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid ailələri, QRİH – nin nümayəndəsi İkinci Qarabağ müharibəsi iştirakçısı Cahid Mustafayev, YAP – Quba rayon təşkilatının nümayəndəsi Rəşad Bağırov, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, Quba ziyalısı şair – publisist Şükür Baxışov, Birinci Qarabağ müharibəsi qazisi Yazıçılar Birliyinin üzvü Kərim Dünyamalı, Gülüstan elmi – ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Firəngiz Sabirqızı, Rustov kənd orta məktəbinin əməkdar müəllimi Şahlar Əmirov, Hacıbaba Əliyev adına 1 saylı məktəb, Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü lisey və Zaur Cəfərov adına 3 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivləri , Quba Tarix Diyarşünaslıq Muzeyinin və filiallarının əməkdaşları iştirak ediblər.
“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiram və hörmətin bariz nümunəsidir. Çıxış edənlər şairin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edərək, onun əsərlərinin bu gün də öz aktuallığını qoruduğunu vurğuladılar. Daha sonra məktəblilər şer kompozisiyalarla çıxışlar ediblər. Sonda tədbir iştirakçıları Səməd Vurğunun həyat yoluna həsr olunmuş video çarxı izləyib, sərgiyə baxış keçiriblər.

.

.

.

.

.

.

Subyekt.az