![]()
5 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikasının Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin rəisi Süleyman Kərimov, bölmənin məsul şəxsləri, eləcə də Quba Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Vüqar Əhmədli və idarənin kollektivi iştirak etmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Peşə bayramı münasibətilə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşların fəaliyyəti yüksək qiymətləndirilmiş, onların ölkəmizin su ehtiyatlarının səmərəli idarə olunması və meliorasiya sistemlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynadıqları vurğulanmışdır.

.

Subyekt.az