
Qarlı, şaxtalı hava ilə əlaqədar Quba rayon mərkəzi xəstəxanası açıqlama yayıb.Subyekt.az xəbər verir ki, 19.02.2025-ci il tarixində saat 12:00 radələrindən etibarən hazırki saatadək qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə 52 nəfər (11-i qadın, 41-i kişi cinsli olmaqla) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edib.Müraciətlər əsasən, diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.Xəsarət alanlardan 25-i uşaq, digərləri isə 17-50 yaş aralığında olan şəxslərdir. Onlardan 5 nəfəri xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.Digər şəxslərə isə ilkin zəruri yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Subyyekt.az