![]()
1 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 108-ci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon Prokurorluğunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad etmişlər.
Daha sonra Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənmiş prokurorluq işçiləri ilə görüş keçirilmişdir. Görüşdə prokurorluq orqanlarının dövlətçilik və qanunun aliliyinin təmin olunmasında mühüm rolu vurğulanmış, peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarına təbriklər çatdırılmış, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanmışdır.
Sonda, prokurorluq əməkdaşları Quba Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşlar.

.

.

.

Subyekt.az