![]()
Bununla əlaqədar Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri, Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, İcra Hakimiyyətinin sektor müdiri Anar Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova yenilənmiş zala baxış keçiriblər.
Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq prosesi və klubun fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan Güləş Federasiyası tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib. Yenilənmiş zalın gənc güləşçilərin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bölgədə güləşin kütləviliyinin artırılmasına və perspektivli idmançıların yetişdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.

.

.

Subyekt.az