![]()
Quba rayonunun Paşoba kəndində faciəvi hadisə baş verib. 32 yaşlı Elçin Kərimovun özünü Samur-Abşeron kanalına atdığı bildirilir. Yerli sakinlərin verdiyi məlumata görə, hadisə ötən gecə saatlarında baş verib.
Məlumata əsasən, Elçin Kərimov əslən Quba rayonunun İspik kəndindən olsa da, uzun müddətdir ki, Paşoba kəndində yaşayırdı.
Hazırda aidiyyəti qurumlar tərəfindən Elçin Kərimovun axtarışları davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Gecə saatlarından rayonun polis şöbəsinin əməkdaşları əraziyə cəlb olunub.
Əlavə məlumatlar daxil olduqca xəbər yenilənəcək.
Subyekt.az