![]()
Qubada 60 yaşlı kişi intihar edib. Subyekt.az yerli məlumata əsasən xəbər verir ki, hadisə Quba şəhər H.Əliyev prospekti ərazisində baş verib.
Rayon sakini Süleymanov Oktay Məhəmməd oğlu fevralın 2-də İspik kəndinə gedən yolda sirkə turşusu içərək intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilsə də, fevralın 4-də orada ölüb.İntihara səbəb kimi isə mərhumun yaxın dostunun onun adına bankdan pul alması göstərilir.Pulu alan dost mərhumun evini banka zamin qoyaraq pulu alıb və ödəməkdən boyun qaçıraraq gizlənib.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Firəngiz Sabirqızı
Subyekt.az