![]()
Subyekt.az xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə 2-ci Nügədi kəndində baş verib.
Şahidlərin sözlərinə görə, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. İt uşağa kömək etməyə gələn qadınlardan birinin ayağını, digərinin isə əlini dişləyib. Ətrafdakı insanların da yardıma qaçdığını görən azğınlaşmış heyvan hadisə yerindən qaçıb.
Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları uşağın ağır vəziyyətdə olduğunu görərək onu xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi xəstəxanasının Acil şöbəsinə çatdırıblar.
Fakt araşdırılır.
Subyekt.az