![]()
Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının nümayəndələri, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri, şəhid ailələri, Yazıçılar Birliyinin üzvü olan şairə, müəllim və şagirdlər, eləcə də rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki müstəsna rolundan bəhs edərək, dövlət müstəqilliyinin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi milli dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Sonda Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, vətənpərvərlik mövzusunda musiqi nömrələri tədbir iştirakçılarına təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

.

.

.

.

.

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az