![]()
Quba rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə Quba rayonunda ağır yol qəzası baş verib. “VAZ” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri – 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az