![]()
25 iyun 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlara köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin kollektivləri, din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qanvermə aksiyası yüksək fəallıq şəraitində keçmiş, könüllü donorlar tərəfindən verilən qan nümunələri Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən müvafiq tibbi müayinələrdən sonra qəbul edilmişdir. Xeyriyyə məqsədi daşıyan aksiya talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

.

Subyekt.az