27 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birgə vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Əvvəlki qəbullarda olduğu kimi Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların növbəti fərdi qaydada qəbulunda hər bir vətəndaş diqqətlə dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün dərhal, digər qaldırılan məsələlərlə bağlı isə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.