Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”, “COP29”, “Sıfır tullantı” təşəbbüsü mövzularında Quba Rayon İcra Hakimiyyətində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Quba rayon İcra Hakimiyyətinin, Quba rayonu üzrə bələdiyyələrin və Quba Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri iştirak etmişdir.
Tədbir çərçivəsində ekoloji problemlər, iqlim dəyişikliklərindən söhbət açılaraq bu sahəyə diqqətin artırılması iştirakçıların nəzərinə çatdırılmışdır.
Subyekt.az