
Quba şəhərində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təminin etmək məqsədi ilə köhnə asfalt örtüyü sökülərək yeni keyfiyyətli asfalt örtüyü salınır. Subyekt.az xəbər verir ki, rayonun bütün ərazisində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir. Quba şəhər İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Quba şəhərinin daha da gözəl və göz oxşayan olması üçün əlindən gələni edəcəyini söyləyir.
.
Firəngiz Sabirqızı
Subyekt.az