![behlul-behcet](https://subyekt.az/wp-content/uploads/2024/09/behlul-behcet.jpg)
İyirminci əsr başa çatır və belə məqamda bütün əsrə nəzər saldıqda onun necə faciəli, təlatümlü keçdiyini dərindən dərk edirsən. Əsr bəşəriyyət, dünya miqyasında da faciəli olub. Bu mənada 30-cu illərin Stalin repressiyası əsrin faciələri silsiləsində əsrin faciə epopeyasında xüsusi və müstəsna yerlərdən birini tutur. Adətən bu repressiyanın tarixi 1937-ci ildən hesablanır. Lakin Stalin repressiyası əslində bu qəddar hökmdarın bütün rəhbərlik dövrünü əhatə edir. Məlumdur ki, Stalin repressiyası haqqında çox yazılmışdır. Məşəqqətli dövrün günahsız “müqəssirlərindən” və onların keçirdiyi ağır, keşməkeşli, ancaq eyni zamanda, mübariz həyat yolu haqqında yazılanlar, araşdırma və tədqiqat işləri çoxdur. Bu yazıda Qubadlı rayonunun Dondarlı kəndində doğulmuş, Zəngəzur qəzasının qazisi olmuş, ədəbiyyatşünas alim, görkəmli din xadimi, Bəhlül Əfəndi Behçət haqqında söhbət açmaq istəyirik. Behçət əfəndi minlərlə repressiya qurbanlarından biri idi.
15 mart 1938-ci ildə NKVD üçlüyünün qərarı ilə ən ağır çəzaya məhkum edilmiş Bəhlül Behçət, Mikayıl, Müşfiq, Əhməd Cavad və s. kimi Stalin rejiminin daha bir qurbanı oldu. Doğrudur, ölümündən sonra Bəhlül Əfəndi bəraət alsa da, onun simasında Azərbaycan ədəbiyyatşünaslığı büyük bir alimi itirmiş oldu.
Bəli… 15 mart 1938-ci il
Bu böyük şəxsiyyətin həyatının ictimai və elmi fəaliyyətinin öyrənilməsi bütövlükdə Zəngəzurda baş vermiş tarixi həqiqətlərin araşdırılması üçün mühüm əhəmiyyətə malikdir.
Həyat və yardıcılığı
Bəhlul Behcət 1869-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. İbtidai təhsilini atasından və sonra qaynatası olan Hacı Qasım Çələbidən almışdır. Sonradan Şəki şəhərinə yollanmış mədrəsədə təhsilini davam etdirmişdi. 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur qəzasının qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında “Azərnəşr”də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdır.
Bəhlul Behcətin atası Mustafa Əfəndi, qaynatası Hacı Qasım Çələbi dövrününün nüfuzlu din xadimlərindən olduğundan bu mühit onun da formalaşmasında mühüm rol oynamışdı. O, özü də ciddi dini təhsil almışdı. Bəhlul Behcət təbiətən çox mütərəqqi bir insan idi. Elmə, maarifə xüsusi bir diqqət yetirərdi. Təsadüfü deyildi ki, özünə “sevinc” və “gözəllik” mənaları verən “Behcət” təxəllüsü götürmüşdür.
Bəhlul əfəndi haqqında bir neçə tədqiqat əsərini və monoqrafiyanı, eləcə də onun Nəbati haqqında araşdırmalarını nəzərdən keçirmişik və gəldiyimiz qənaət budur ki, Bəhlul Behcət dövrünün çox mütərəqqi bir ziyalısı olmuşdur. Zəngəzur qəzası ilə bağlı ilə hər hansı problemin həllində onun sözü keçərli idi. O, sovet hakimiyyətinə qarşı bütün Zəngəzuru ayağa qaldırmağa səy göstərmiş, ümumiyyətlə, “bolşevik” hakimiyyətinə qarşı mübarizəyə qalxmışdır. Elə bu zaman ermənilər də özlərinin real təhlükə saydıqları Bəhlul Behcəti aradan götürmək qərarı çıxarmışlar. Lakin Bəhlul Behcət öz tərəfdarları ilə birlikdə erməni daşnaqlarına divan tutulmasında böyük xidmətlər göstərmişdir. Məhz düşmən hiylələri nəticəsində Bəhlul Əfəndi on il müddətinə həbs edildi. Deyilənə görə, Bəhlul Behcət yatdığı kameranı Avropa alıim və filosoflarının kitabxanasına çevrilmişdi. Həbsxanadan buraxılandan sonra Bakıda yataqxanalardan birində ona yer verir və Azərnəşrdə tərcüməçi kimi işə düzəldirlər. Lakin o işləmək istəmirdi. Çünki sovet ideolagiyası ilə heç cür barışa bilmirdi. Hətta ondan soruşanda ki, Əfəndi, niyə özünə baxmırsan? (Bəhlul Əfəndi həqiqətən həbsxanadan sonra üzünü və başını qırxmazdı) – cavab verir ki, “bu baş düşmənlərə xidmət edir, mən ona qulluq etməyəcəm”.
Dağıla-dağıla doğan dövranın qurbanı
O doğurdan da sovet hakimiyyətinin düşməni idi. Yaxşı bilirdi ki, bu hakimiyyətin sonu yoxdur. Ona görə də, 1922-ci ilə kimi Zəngəzur mahalında bolşeviklərə qarşı açıq-açığına mübarizə aparırdı. Nəzər Heydərovun “Zəngəzur dağlarında” sənədli povestini oxuyanlar Bəhlul Behcətin sovetlərə qarşı mübarizəsinin əsl şahidinə çevrilirlər. Burada çox həqiqətlər aydınlaşır, N.Heydərov Bəhlul Behcəti din xadimi kimi təqdim edir. Eyni zamanda Bəhlul Əfəndi öz xalqının taleyinə biganə olmayan bir insan idi. Bəhlul Əfəndifəqir-füqəraya əl tutmaq, insanlara kömək göstərmək üçün əlindən gələni əsirgəməzdi. İnsanları xoşbəxt görmək onun ən böyük arzusu idi. Haqq-ədalət tərəfdarı idi. Haqlı insanları müdafiə etməkdən həzz alardı.
Bəhlul Behcət şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasında və nəşrində də mühüm xidmətlər göstərmişdi. Sarı Aşığın yaradıcılığının toplanmasında isə onun xüsusi rolu olmuşdu. Müxtəlif vaxtlarda onun mətbuatda Sarı Aşıqla bağlı çap etdirdiyi məqalələr bir daha təsdiq edir ki, bu böyük şəxsiyyət Sarı Aşığın yaradıcı irsinin öyrənilməsində də ilk addımları atmışdır. “Sarı Aşıq”, ““Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı”, “El şairi və el şairləri” adlı məqalələri Bəhlul Behcətin Sarı Aşıq yaradıcılığı ilə bağlı ciddi tədqiqat işi apardığını bir daha təsdiq edir. Bəhlul Behcət kitaba daxil olan ““Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı” adlı məqaləsində, bəlkə də, ilk dəfə bu böyük şair haqqında elmi məlumat təqdim etmişdir. “Bayatı şairi kimdir?” sualını cavablandırmağa çalışan Behcət əfəndi yazır ki, onun rəngi sarıbəniz olduğundan yoldaşları arasında ona Sarıca deyirlərmiş. Əsl adı Nəbidir. Həkəri çayı sahilində məskunlaşmış bu gənc aşiq burada da Yaxşı adlı bir qıza vurulur və bayatılarının böyük bir hissəsini ona həsr edir. Bəhlul əfəndi yazır: “Biz Aşığa dair mühüm məlumatı Hacı Qaramanın yeddinci arxa övladı olan Hacı Qasım Çələbidən öyrənməyə müvəffəq olmuşuq. Hacı Qasım Çələbi özünün Çələbi nəslinə aid olan bəyanatında Aşıq təxəllüslü Sarıca Nəbidən də bəhs etmişdi”. Həmin bəyanatı olduğu kimi dərc edən Bəhlul əfəndi bir məqamı xüsusi diqqətə çatdırır. Orada deyilir ki, Ağa Balım seyid övladıdır. Bu tərəfdə olan seyidlər oradan yayılmışdır. Ağa Balımın Nəbi adlı müridinə də Sarıca Nəbi deyirmişlər. O da Həkəridə qalıb. Yaxşıya aşiq olub, haqq aşiqidir. Qəbri Məzməzək ağzındadır.
Bəhlul Behcət Aşığın yaradıcılığının və tərcümeyi-halının ədəbiyyatşünaslar tərəfindən düzgün araşdırılmadığını qeyd edir.
Bəhlul Behcətin apardığı ikinci tədqiqat fazası Nizami Gəncəvi ilə bağlı idi. O, “Nizami və Qafqaz folkloru” mövzusundə elmi əsər qələmə almışdı.
Bəhlul əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və azərbaycanlı olduğunu, IX yüzildə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq “bəhli” adlandırıldığını deyirmiş. Bəhlul Behcət 1937-ci ildə dördüncü dəfə həbs edilir və bir il sonra güllələnir. Onun Bəhlul Danəndə haqqında topladığı sənədlər və lətifələr arxivlərdə qorunub saxlanmamışdır. Ümumiyyətlə, Bəhlul Behcət
Bəhlul Behcət 15 mart 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir.
Bəhlul əfəndinin Mustafa əfəndi adlı oğlu vardı. Bəhlul Bəhcət. Bəhlul Bəhcət Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yeri olan ziyalılarımızdandır. “Bəhcət” yaradıcılıq imzasıdır. 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov bildirir ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və İranda davam etdirib. Türkiyə və İranda təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəaliyyətə başlayıb. 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, milli dövləti fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bolşevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraşdırılmış bir ittiham əsasında ilk dəfə olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır: 3 il ərzində əvvəlcə “Azərnəşr” də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda işləyir. Bu elm ocağı Bəhlul Bəhcətin son iş yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs olunur, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir. R.Xəlilov daha sonra deyir ki, Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: “Deyilənə görə, o, Əmin Abidlə birlikdə Firdovsinin “Şahnamə” sini dilimizə tərcümə edib”.
Əsərləri
Qaçaq Nəbinin tarixi
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi – 1992
Qarabağ tarixi
Nizami və Qafqaz folkloru
Aynur Turan
Subyekt.az