![]()
Bu yaxınlarda təlim-məşq toplantısında iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstan Kikboksinq Federasiyasının (AKF) yeniyetmələr və gənclərdən ibarət komandası Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinın başçısı Adil Əliyevlə görüşüblər.
Subyekt.az xəbər verir ki, Adil Əliyev qazaxıstanlı kikboksçuları salamlayaraq, öz xoş diləklərini çatdırıb.
Qazax kikbokdçuları Azərbaycanda olduğu müddətdə məmnun olduqlarını, özlərini vətəndə hiss etdiklərini və yüksək qonaqpərvərliyə görə öz təşəkkürlərini bildiriblər.
Heyət Adil Əliyevə Qazaxıstanın milli geyimini hədiyyə ediblər.
Qeyd edək ki, Qazaxıstan komandasının məşqçiləri Turdıbekov Nurtaza, Erjan Bazarşayev rəhbərliyi altında 18 nəfərdən ibarət heyət gəlib. Onlar federasiyasının yeniyetmə və gənclərdən ibarət milli komandasının baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi ilə təlim-məşq toplantısında iştirak edirlər. Burada əsas məqsəd təcrübə mübadiləsi aparmaq, fiziki taktiki təlimlərdə iştirak etməkdir. Bu həm də Azərbaycan Kikboksinq Federasiyasının uğuru kimi qəbul edilməlidir ki, artıq qardaş ölkələrin idmançıları azərbaycanlı məşqçilərin təcrübəsindən yararlanmaq üçün vətənimizə təşrif buyururlar.
Həmçinin, AKF rəhbərliyinin illərdir ki, kikboksinq idman növünün inkişafı istiqamətində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi kimi qəbul edilməlidir.






Subyekt.az