
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 12 avqust 2024-cü il tarixində Yevlax rayonu Kövər kənd tam orta məktəbin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev Fərhad oğlu çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.
Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, cəmi 24 saatda o zaman Xankəndidə yuva qurmuş erməni separatçı xuntasının məhv edilməsi Azərbaycanın növbəti tarixi qələbəsi oldu. Bu, bir daha göstərdi ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu eyni zamanda, Möhtərəm Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “Dəmir Yumruğ”-a çevrilmiş xalqımızın daha bir tarixi zəfəri oldu. Əziz seçicilərim inanıram ki, 1 sentyabrda seçki məntəqələrinə gedərək mənə öz səsinizi verəcəksiniz və sizin mənə göstərdiyiniz etimadı ləyaqətlə doğruldacam. Sizinlə birlikdə Kəlbəcərimizin yenidən qurulması və inkişafı naminə çalışacam.
Namizədin vəkili Şəhid ailəsi şair Ələkbər Ələsgərov və digər çıxış edənlər bildirdilər ki, Möhtərəm Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi.
Əziz seçicilər, hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırıram.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az