![]()
Bir neçə gündür Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ötən gün axşam saatlarından etibarən Gəncə şəhərinə yağan qar nəticəsində şəhərin mərkəzi küçələri buz bağlayıb. Bununla əlaqədar olaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları gücləndirilmiş iş rejimində çalışırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq səhər saatlarından etibarən Gəncə şəhərinin mərkəzi küçə və prospektlərində yolların qardan təmizlənməsi işləri həyata keçirilir.
Eyni zamanda, yollara qurumun anbarlarında tədarük olunan qum və duz səpilir ki, bununla da nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilir.
Qeyd edək ki, MKTİB-nin 14 Ərazi Xidmət Sahələrənin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb. Hava şəraitinin gecə saatlarına doğru şaxtalı olmasını və yolların buz bağlamasını nəzərə alaraq MKTİB-in müxtəlif təyinatlı yeni texnikaları ilə növbəlilik əsasında yollara qum-duz qarışığının səpilməsi davam etdiriləcək.

.

.

.

.

Subyekt.az