Dəstəyə görə çox sağ olun, “Avrora” MMC!
İşğaldan azad edilmiş ərazilərin bərpasına töhfə vermək və mədəni irsimizi təbliğ etmək məqsədilə keçirilən “Qarabağın Rəngləri – 2023” layihəsi uğurla yekunlaşdı.
Layihə çərçivəsində gənc rəssam Samirə Vəliyeva tərəfindən yaradılan “Dağların melodiyası” adlı əsəri əldə etməklə işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfəyə görə “Avrora” MMC şirkətinə dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 23 nəfər tələbəsi tərəfindən 19 rəsm və 4 heykəltəraşlıq əsəri ərsəyə gətirilib.
Əsərlərin satışı nəticəsində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 90.200 AZN ianə edilib.
Həmin vəsait Ağdamda yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Qeyd edək ki, Qarabağın Rəngləri – 2023” layihəsi Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilib.