
“İşğaldan azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri baş tutmayacaq”. Subyekt.az “Cebheinfo.az”-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. O, Qarabağ ərazisində növbəti seçkilərlə bağlı da danışıb: “Önümüzdəki bələdiyyə seçkiləri bütün Azərbaycan ərazisində baş tutacaq. İnanıram ki, xalqımız həmin vaxt da seçkilərdə aktivliyini nümayiş etdirəcəkdir”.
Subyekt.az