![]()
Qarabağ Dirçəliş Fondu qrafik dizayner vəzifəsinə vakansiya elan edir
Subyekt.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondu İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisi (qrafik dizayner) vəzifəsi üzrə işə qəbul elan edir.
UI/UX Dizayn, Qrafik dizayn, təsviri incəsənət və ya əlaqəli sahələr üzrə təhsil alan və iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vakansiya ilə bağlı ətraflı məlumat almaq və iş üçün müraciət etmək istəyən şəxslərdən Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Vakansiyalar” bölməsinə (https://www.qdf.gov.az/media-merkezi/vakansiyalar/13-Mutexessis-Qrafik-dizayner.html) daxil olmaları xahiş olunur.
Bütün müraciətlər nəzərdən keçiriləcək və yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Bütün namizədlərə uğurlar arzu edirik!
#QDF #Azerbaijan #Qarabag #QarabagDircelisFondu #Vakansiya