Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib
22 May 2025
Bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.
A.Paşazadə həmçinin QMİ-də daha bir müavinə ehtiyac olduğunu qeyd edib.