Qadının sürdüyü təlim maşını ilə kişini vurub öldürdü
30 Yanvar 2025
2
Milli.Az xəbər verir ki, Esmira Binnətəliyeva “Hyundai Accent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.