![]()
Ömrü boyu hündür olmaq arzusunda olan 33 yaşlı Anqelina Tran ayaqlarını uzatmaq üçün radikal əməliyyat keçirərək arzusunu reallaşdırıb. Subyekt.az xarici KİV-ə istinadən məlumatına görə, boyu 1,55 metr olan qadının üzərində aparılan əməliyyat ona 2,6 milyon dollara başa gəlib.Anqelina etiraf edib ki, o, köhnə “Toyota Corolla”nı “Tesla” ilə əvəz etmək üçün əvvəlcə pula qənaət etməyi planlaşdırıb, lakin sonda bədənini təkmilləşdirmək üçün sərmayə qoymağa qərar verib. Ailəsinin və dostlarının riskli əməliyyatdan imtina etmək məsləhətinə baxmayaraq, o, planını həyata keçirmək üçün yenə də Türkiyəyə gedib.
Subyekt.az