![]()
Qətər ölkə banklarında İrana aid dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı danışıqlar prosesində yaranmış dalandan çıxmaq məqsədilə Tehrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib.
Subyekt.az apa-nın Tehran bürosuna istinadla xəbər verir ki , bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Təklifə əsasən, 6 milyard dollar Qətərdə dondurulmuş İran aktivlərinin azad edilməsi hesabına təmin olunacaq, digər 6 milyard dollar isə kredit və ya kredit xətti şəklində verilə bilər.
Eyni zamanda əvvəlcədən razılaşdırılmış məhdudiyyətlər qüvvədə qalır: azad edilən 6 milyard dollar yalnız 2023-cü ildə İran və ABŞ arasında razılaşma çərçivəsində humanitar məqsədlər üçün istifadə oluna bilər.
Əlavə 6 milyard dollarlıq kredit xəttinin isə İran tərəfindən sərbəst şəkildə istifadə edilə biləcəyi bildirilir.
Subyekt.az