![]()
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.
Subyekt.az “Unikal” -a istinadla xəbər verir ki, Rusiya dövlət başçısının fərmanı hüquqi informasiya portalında dərc olunub.
Qafarova “Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə” təltif edilib.
Sahibə Qafarova 2020-ci ildən Azərbaycan parlamentinə rəhbərlik edir və 2024-cü ilin sentyabrında yenidən bu vəzifəyə seçilib. O, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.
Subyekt.az