![]()
Subyekt.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb.
Rusiya lideri, həmçinin qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Onun sözlərinə görə, Rusiya təyyarənin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir.
Rusiya lideri qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub: “Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə, çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub”.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilir.
Subyekt.az