![]()
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, sentyabrın 29-da prokurorluq əməkdaşları paytaxtın Nizami, Suraxanı və Xətai rayonlarında yerləşən uşaq və körpələr evlərini ziyarət etmişdir.
Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı, o cümlədən onların məişət şəraiti ilə maraqlanaraq, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib, xatirə şəkilləri çəkilmişdir.

.

.

Subyekt.az