![]()
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə mayın 5-də Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 208 nəfər prokurorluq əməkdaşı iştirak edib.

.

.

.

Subyekt.az