![]()
Şirinovlar ailəsinə ağır itki üz verib. Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Rəfayıl Təhməz oğlu Şirinov vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb.
Məlumata görə, Rəfayıl Şirinovun 3–7 mərasimi yanvarın 24-də Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində keçiriləcək.
Rəfayıl Şirinovun vaxtsız vəfatı ailəsi, yaxınları və onu tanıyanlar üçün ağır itkidir.
Bu ağır itki münasibətilə Subyekt.az kollektivi adından Şirinovlar ailəsinin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az